İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiya dörd Kuril adasına iddiası davam etdirir

Yaponiyanın baş naziri Şiqeru İşiba ölkəsinin Kuril adalarının cənubundakı dörd adaya iddia etdiyini təsdiqləyib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Yaponiya hökumətinin başçısı bu barədə parlamentdə sualları cavablandırarkən danışıb və bunun yapon tərəfinin əsas mövqeyi olduğunu vurğulayıb.

"Dörd adaya sahiblik məsələsi Rusiya ilə sülh müqaviləsi üzrə danışıqların mövzusudur", - deyən İşiba bu məsələ ilə bağlı dialoqun dayandırılmasında bir daha Rusiyanı günahlandırıb.

Bundan əvvəl parlamentdə əsas nitqlə çıxış edən İşiba Yaponiya-Rusiya münasibətlərindəki mövcud çətinliklərə baxmayaraq, hökumətinin Rusiya ilə “ərazi problemini həll etmək və sülh müqaviləsi bağlamaq” öhdəliyinə sadiq qaldığını bir daha bəyan etmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR