İnsanlara hürriyət, millətlərə istiqlal!

Yanukoviçin oğlu Ukraynadan oğurlanan kömürlə milyardlar QAZANIR - ŞOK İDDİA

Ukraynanın işğal altındakı ərazilərindən çıxarılan kömürün ən böyük ixracatçısının Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin oğlu Aleksandr olduğu məlum olub.

Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın “Важные истории” nəşri məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, Ukraynadan oğurlanan kömür xarici ölkələrə göndərilir, əldə edilən pullar isə ofşor hesablarına köçürülür.

Qeyd olunub ki, Yanukoviçin oğlu ilə yaxın əlaqəsi olan "Energoresurs" şirkəti Rostov-na-Donu şəhərinin kənarında köhnə bir binada qeydiyyatdan keçib və son iki il ərzində təxminən yarım milyon ton kömür ixrac edib.

Məlum olub ki, şirkətin rəsmi sahibi kömür bazarının iştirakçısı olmayan Aleksey İvanovdur. Lakin o, 2016-cı ildən etibarən Aleksandr Yanukoviçlə əlaqəli müxtəlif hüquqi şirkətlərdə çalışır. Jurnalistlər "Energoresurs"un direktoru Pavel Zemlyakovun da Yanukoviçin strukturları ilə əlaqəli olduğunu düşünürlər.

Məqalədə bildirilir ki, gömrük bəyannamələrində "rus" olaraq qeyd olunan kömür, işğal olunmuş Donbas ərazisindəki mədənlərdən çıxarılır. Kömür çıxarıldıqdan sonra Yanukoviçin oğlu ilə əlaqəli strukturlar tərəfindən xaricə göndərilir.

Məlum oldu ki, 2023-2024-cü illərdə rəsmi olaraq Uspenskaya və qonşu Qukovo stansiyası vasitəsilə xaricə təxminən yarım milyon ton köçür ixrac edilib. Gəlir Vircin Adalarındakı ofşor hesablara göndərilib.

Nəşr yazır ki, 2022-ci ildən əvvəl "Energoresurs"un kömür göndərdiyi ölkələr arasında Bolqarıstan, Estoniya, Çexiya və Rumıniya yer alırdı. Lakin Rusiya tərəfindən Ukraynaya genişmiqyaslı hücumdan sonra Avropa İttifaqı Rusiyadan kömür alışını qadağan edib. Hazırda isə "Energoresurs"un kömürü əsasən digər ölkələrə göndərilir. 2021-2023-cü illər ərzində şirkət 3,5 milyard rubl gəlir əldə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR