Onlayn ictimai-siyasi qəzet
"Ailə qurmasaydım, sənətimdə çox öndə gedərdim və zəngin olardım. Ana olandan sonra davranışım, ruhum dəyişdi və bunlar sənətimə təsir etdi".
Musavat.com bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Xuraman Şuşalı qonaq olduğu "Rəngarəng səhər" verilişində deyib.
Anasının itkisi ilə günü bu gün də barışa bilmədiyini söyləyən sənətçi bunun üçün psixoloqlara müraciət etdiyini vurğulayıb:
"Hər zaman Allahdan onu istəmişəm ki, kaş ki anam sağ olardı. Həyatımda boşluğum anasızlığımdır. Atasızlığımla barışmışam. Amma anamla vidalaşa bilmirəm. Bu səbəbdən psixoloqların da yanına getmişəm. Lakin alınmır. Anamı itirəndən sonra anladım ki, ananın sevgisini heç bir sevgi ilə əvəz etmək olmur. Yeganə sevgidir ki, o təmənnasızdır. Övladı, işi, var-dövləti tapa bilərik, amma ananı və atanı tapa bilmərik. Bu əvəzolunmazdır. Zamanında və varlığında valideyinlərinizin qədrini bilin".
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ