Onlayn ictimai-siyasi qəzet
Türkiyənin tanınmış aktyoru İsmayıl Hacıoğlu keçmiş həyat yoldaşı ilə barışıb.
Aktyor 2020-ci ildə boşandığı keçmiş həyat yoldaşı Duyqu Kumarki ilə yenidən bir araya gəlib.
Daha öncə də bir araya gələn cütlüyün münasibəti uzun sürməmişdi. Onlar ötən ilin avqustunda ayrılmışdılar. Lakin 39 yaşlı İsmayıl axtardığı xoşbəxtliyi yenidən keçmiş həyat yoldaşında tapıb. Belə ki, cütlük yeni ili birlikdə qeyd ediblər.
Qeyd edək ki, aktyor İsmayıl Hacıoğlu ilə Duygu Kumarki 2016-2020-ci illərdə evli olublar. Cütlüyün bu evlilikdən bir övladı var.
Xatırladaq ki, onların dörd illik evliliyinin aktyorun “Çocuk” serialındakı həmkarı Merve Çağıranla sevgili olduğuna görə bitdiyi iddia olunurdu. Məşhur aktyor boşandıqdan sonra Merve Çağıran və Aslıhan Gürbüzlə eşq yaşayıb.
Qafqazinfo.az
05 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ