İnsanlara hürriyət, millətlərə istiqlal!

Xocalıda minaya düşən Nağı İmanovun son vəziyyəti

Xocalıda minaya düşən Nağı İmanovun vəziyyəti stabilləşib.

Musavat.com xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, ona partlayış travması, sağ baldırın aşağı 1/3-nin travmatik amputasiyası, ağır dərəcəli posthemorragik şok diaqnozları təyin edilib.

N.İmanovun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabildir.

Qeyd edək ki, 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlu 21 fevral saat 20:40 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR