İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xocalı canilərini də Abdullah Öcalan kimi..." – Rauf Arifoğlu həbsdəki türk polkovnik barədə o sirri açıqladı

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə TV Müsavatın “Dərin Təhlil” verilişində Azərbaycanda terror törətmiş erməni canilərinin cəzalandırılması mövzusuna toxunub.

R.Arifoğlu bildirib ki, Öcalanın Türkiyəyə gətirilmə əməliyyatı ilə paralel aparanda da bir məqamı yaddan çıxarmaq olmaz: “Hamımız burada Öcalanın gətirilmə əməliyyatından danışdıq. O əməliyyatda iştirak edən və təyyarədə olan əfsanəvi bir adam var. Polkovnik Ləvənt Göktaş. Mən 3 il boyunca onunla dostluq etmişəm. Bordo berelilər alayının komandiri idi. Sonradan onun həbsi, taleyində baş verənləri də bilirik hamımız. Amma mən demək istəyirəm ki, qarşı tərəfdə tərəf müqabilinin kim olmasından asılı olmayaraq, tutub gətirə bilərdi. Sərkisyandan tutmuş, Arutunyana qədər canilərin tutularaq gətirilməsi, nümayiş olunması Azərbaycanda da ictimai rəyi əhəmiyyətli şəkildə təsirləndirərdi. Ermənistanda da Azərbaycan əleyhinə cinayət törətmiş canilərin, xüsusən də 2 gün sonra ildönümünü qeyd edəcəyimiz Xocalı canilərinin canına vəlvələ salardı”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR