İnsanlara hürriyət, millətlərə istiqlal!

Xırdalandakı partlayışda zərər çəkən ailələrə kompensasiya veriləcək? - RƏSMİ CAVAB


Xırdalandakı partlayış olan binada zərər görənlər kirayə evlə təmin olunacaq.

Musavat.com xəbər verir ki, bununla bağlı "oxu.az"a Abşeron Rayon İcra Hakimiyyətindən (RİH) məlumat verilib.

Bildirilib ki, hazırda bütün zərərçəkən sakinlərin qeydiyyatı aparılır:

“İlkin məlumata əsasən, 20-yə yaxın mənzilə ziyan dəyib. Qaz, elektrik enerjisi binada tam olaraq kəsilib. Kirayə mənzillərdə yerləşdiriləcək ailələrin ödənişləri Abşeron RİH tərəfindən ödəniləcək. Bina 6 blokdan ibarətdir, 2 bloka zərər dəyib”.

Xatırladaq ki, avqustun 3-də Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında partlayış qeydə alınıb. İlkin ehtimala görə, hadisə beşmərtəbəli binanın üçüncü blokunun üçüncü mərtəbəsində yerləşən mənzildə qaz sızması nəticəsində baş verib.

Nəticədə dörd nəfər müxtəlif dərəcəli bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

FHN-in əməkdaşları tərəfindən bina sakinləri təxliyə edilərək hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR