Onlayn ictimai-siyasi qəzet
Dövlət İmtahan Mərkəzi bu gün Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün xarici dil biliyinin “dinləyib-anlama” və “oxuyub-anlama” bacarığı üzrə, həmçinin xarici dil və Azərbaycan dillərində analitik yazı bacarıqlarının yoxlanılması hissəsi keçirib.
Musavat.com xəbər verir ki, imtahan Bakı şəhərində 2 binada təşkil olunub. İmtahanının keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 3 imtahan rəhbəri, 14 nəzarətçi‑müəllim ayrılıb.
İmtahan nəticələrinin danışıq bloku üzrə imtahanın nəticələri bir yerdə yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.
Xatırladaq ki, namizədlərin danışıq bloku üzrə imtahanı sentyabrın 24-də keçiriləcək.
İmtahan iştirakçıları aşağıdakı link vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi bina, zal, başlanma vaxtı və iştirakçının imtahan binasına gəlmə vaxtı qeyd olunub.
06 Iyul 2025
05 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ