İnsanlara hürriyət, millətlərə istiqlal!

XİN başçısı: "Azərbaycandakı səfirliklərin təhlükəsizliyi ən yüksək səviyyədə qorunur"

“Azərbaycanda olan bütün diplomatik missiyaların təhlükəsizliyi ən yüksək səviyyədə qorunur və bundan hər kəs faydalanır, o cümlədən Birləşmiş Krallığın Azərbaycandakı səfirliyi və orada işləyən diplomatlar”.

 Musavat.com “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Biz eyni yanaşmanı Birləşmiş Krallıqdan gözləyirik. Eyni zamanda ikinci gözləntimiz ondan ibarətdir ki, Birləşmiş Krallığın müvafiq orqanları bu cinayəti törədən şəxslər, bu cinayətin arxasında duran qüvvələrin müəyyən edilməsi istiqamətində çox ciddi araşdırmalar aparacaq və biz həmin nəticələri gözləyirik”, - C.Bayramov vurğulayıb.

XİN başçısı əlavə edib ki, Azərbaycan bu kimi öz öhdəliklərinə çox ciddi yanaşır.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR