İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzər dənizində bu balıqların sayı azalıb

Xəzər dənizində siyənəklərin və kefalların vəziyyətinin qənaətbəxş olduğu, adi çəki, kütüm, Xəzər külməsi, şərq çapağı və şəmayı balıqlarının isə azaldığı müşahidə edilib.

Musavat.com-un xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundov bildirib ki, bu barədə Xəzər dənizinin bioloji resurslarını və dəniz mühitini öyrənmək məqsədilə "Əlif Hacıyev" elmi-tədqiqat gəmisi ilə keçirilən son monitorinqlərin nəticələrində məlum olub.

O qeyd edib ki, Xəzər dənizində balıq və digər su bioloji resurslarının mövcud vəziyyəti, gələcək dinamikası, növbəti il üçün balıq ovunun kvota proqnozlarını müəyyən etmək məqsədilə hər il kompleks ekoloji monitorinqlər keçirilir: "Ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə vermək məqsədilə hər il təbii su hövzələrinə ETSN-in balıqartırma müəssisələrində yetişdirilən balıq körpələrinin buraxılışı həyata keçirilir".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR