İnsanlara hürriyət, millətlərə istiqlal!

Xətai rayonunda işıq sönüb

Bakı şəhəri, Xətai rayonunda elektrik enerjisinin verilməsində problem yaranıb.

Musavat.com xəbər verir ki, saat təxminən 20:30 radələrində bir neçə küçədə işıq sönüb.

“Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu saytımıza açıqlamasında bildirib ki, ağac aşması nəticəsində bir neçə elektrik xəttinə ziyan dəyib.

“Əməkdaşlar elektrik xətlərini bərpa etmək üçün ərazidədirlər. Qısa zamanda elektrik enerjisi bərpa olunacaq”, - deyə qurumun rəsmisi qeyd edib.

Nigar,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR