İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəstəxanada diqqətsizlik göstərildiyi iddia olunan vətəndaşla bağlı-AÇIQLAMA

Sosial mediada Gəncədə Abbas Səhhət adına xəstəxanada müalicə alan vətəndaşla bağlı video yayılıb.

Musavat.com xəbər verir ki, iddiaya görə ayağı sınan vətəndaşa bir həftədir diqqətsizlik edilir. Oğlunun Laçında olduğu, əlaqə yaradıla bilmədiyi bildirilir.

TƏBİB-dən Musavat.com-un sorğusuna cavab olaraq bildirib ki, 1960-cı il təvəllüdlü vətəndaş 19.09.2022-ci il tarixində saat 21:00 radələrində sağ bud sümüyünün sınığı diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya daxil olub:

"Həkimlər tərəfindən vətəndaşa zəruri ilkin tibbi yardımlar göstərilib və palataya yerləşdirilib. Eyni zamanda onun digər yanaşı xəstəlikləri ilə bağlı müvafiq müayinələr həyata keçirilib və müalicəsinə başlanılıb. Vətəndaş xəstəxanaya daxil olduğu gündən etibarən həkim təyinatına uyğun olaraq onun müalicəsi aparılır. Həmçinin qeyd edək ki, vətəndaş xəstəxanaya daxil olduğu gündən etibarən - 19.09.2022-ci il tarixindən gündəlik qidalanma ilə də təmin olunur".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR