Süd vəzi xərçəngindən əziyyət çəkən Səbinə Yadigarovanın sizin dəstəyinizə ehtiyacı var.
Ailənin xərçəng xəstəliyi ilə təkbaşına mübarizə aparmağa gücü çatmır.
İki körpə uşağı ilə kirayədə yaşayan Səbinə Yadigarovanın xeyirxah insanların dəstəyinə ehtiyacı var.
Səbinə Yadigarova 36 yaşındadır. Hazırda Səbinə həyatı uğrunda və iki azyaşlı övladları üçün mübarizə aparır.
Səbinə artıq yardımsevər insanların dəstəyi ilə 5-ci kimyaterapiyasını alıb, həmçinin 2 “ağıllı iynə” – immunoterapiya dərmanı olan Keytruda qəbul edib. Ancaq qarşıda hələ uzun və ağır bir müalicə prosesi var: Daha 3 kimyaterapiya seansı, 6 “ağıllı iynə” (Keytruda), hər kimyaterapiyada 2 iynə istifadə olunmalıdır. Müalicə sonrası PET-KT müayinəsi, daha sonra isə həyati əhəmiyyətli əməliyyat.
Bu mübarizə təkcə fiziki deyil, həm də ağır maliyyə yükü deməkdir. Səbinənin ailəsi artıq gücünün son həddindədir, amma onun yaşamaq üçün ümidi var. O, övladlarının yanında olmaq, onların əlindən tutmaq istəyir. Onun bu mübarizəsinə qoşulmaqla bir insanın həyatını dəyişmək mümkündür. Kiçik bir ianə belə böyük fərq yarada bilər.
Səbinə xeyirxah və imkanlı insanlardan, yardımsevər hər kəsdən yaşamaq mübarizəsində dəstək olmalarını xahiş edir:
“İki uşağımla kirayədə yaşayıram, Maddi vəziyyətim olduqca ağırdır. Çarəsiz vəziyyətdəyəm, bu amansız xəstəliklə təkbaşına mübarizə apara bilmirəm. Bu yazını oxuyan hər kəsdən – bir ana, bacı və insan olaraq – bir həyat, bir ailə, iki körpənin anası üçün dəstək olmasını rica edirəm. Övladlarımın xoş gününü görmək istəyirəm. Mənə kömək olun”.
Ailə ilə əlaqə: 077-305-26-46 (Qardaşı)
Kart hesabı: Kapital bank
4169738822048124
ŞƏRHLƏRŞƏRH YAZ