Onlayn ictimai-siyasi qəzet
Yasamal rayonunda kafedə bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, 2-ci Alatava küçəsində yerləşən “Xəngəl evi” kafesində Elşad Ağayev adlı müştəri mübahisə zəminində bıçaqlanıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırlılıb.
Araşdırmalarla E.Ağayevə çoxsaylı bıçaq xəsarətlərinin 1991-ci il təvəllüdlü Elçin Cənnətalıyev tərəfindən yetirilməsi ilə bağlı əsaslı şübhələr müəyyən edilib. O, şübhəli şəxs qismində tutulub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ