İnsanlara hürriyət, millətlərə istiqlal!

XƏBƏRDARLIQ EDİLDİ - 2050-ci ilə qədər 139 milyon insan...

Gözlənilən ömür uzunluğunun artması ilə əlaqədar növbəti onilliklərdə demensiyadan əziyyət çəkən insanların sayı da artacaq.

Musavat.com xəbər verir ki, CNBC bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına istinadən məlumat yayıb.

Qeyd olunub ki, 2023-cü ildə dünyada demensiyadan əziyyət çəkən 55 milyondan çox insan olub.

BMT-nin "Gallup" ilə birgə dərc etdiyi hesabata görə, 2050-ci ilə qədər demans və ya Alzheimer xəstəliyi diaqnozu təsdiqlənmiş insanların sayı 139 milyona çatacaq.

Məlumatda bildirilir ki, tibb, elm və texnologiyanın inkişafı ilə insanlar daha uzun yaşayır, eyni zamanda yaşlı əhalinin nisbəti də sürətlə artır.

ÜST-nin məlumatına görə, 2050-ci ilə qədər 65 və yuxarı yaşda olan insanların sayı iki dəfə artaraq 2,1 milyarda çatacaq.

Təşkilat qeyd edir ki, yaşlı insanların sayı dünyada artmaqda davam etdikcə, demensiya ilə yaşayan insanların sayının artması da gözlənilir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, demensiya əsasən yaşlanma ilə baş verir. Bu, sinir hüceyrələrini tədricən məhv edən və beyni zədələyən bir sıra xəstəliklər nəticəsində yarana bilər ki, bu da koqnitiv geriləmə ilə nəticələnir.

ÜST bildirir ki, demans hal-hazırda dünyada insanlar araslnda yeddinci əsas ölüm səbəbidir.

Təşkilatın məlumatına görə, hər il dünyada demək olar ki, 10 milyon yeni demans halı qeydə alınır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR