İnsanlara hürriyət, millətlərə istiqlal!

Xarici turizm sənayesi nümayəndələri və blogerlərin Azərbaycana səfəri təşkil olunub

14-18 dekabrda Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə qış turizmi mövsümünün açılışı ilə bağlı Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, Rusiya, Özbəkistan, Qazaxıstan və Belarusdan 90-a yaxın turizm sənayesi nümayəndəsi və blogerlər üçün “Şahdağ” Turizm Mərkəzinə tanışlıq səfəri təşkil olunub.

Musavat.com-a verilən məlumata görə, səfər zamanı qonaqlara kompleksdə həyata keçirilən yenidənqurma və infrastruktur işləri haqqında ətraflı məlumat verilib.

Həmçinin onlar kompleksdə təklif olunan kvadrosikl, kanat yolları, “Alpine Coaster” attraksionu və digər xidmətlərlə tanış olublar.

Bundan əlavə, səyahət və turizm sektorunda əməkdaşlığın qurulması, həmçinin təcrübə mübadiləsinin aparılması məqsədilə dekabrın 18-də Bakıda 80 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə B2B (biznesdən biznesə) formatında görüşlər keçirilib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR