İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidə qiyam hazırlanır - Artilleriya Qoşunlarımız təlimə BAŞLADI – detallar CANLIda

Xankəndidə separatçıların “başçısı” Araik Arutyunyana qarşı qiyam hazırlanır.

Paşinyanın adamı olaraq təqdim edilən Samvel Babayan genişmiqyaslı aksiyalar planlaşdırır.

“Hraparak” nəşri yazır ki, bu, 2018-ci ildə İrəvanda baş verən inqilabın Qarabağda da təkrarlanması ssenarisidir: “İdarələrin girişləri bağlanacaq, “dövlət idarələri” bloklanacaq”.

Nəşrin məlumatına görə, A.Arutyunyanın Xankəndidə “bütün növ toplantıları qadağan edən hərbi vəziyyətlə bağlı qərarı”nın səbəbi də budur. “Babayanın planı haqda məlumatlar daxil olub, bunun qarşısını almaq məqsədilə hərbi vəziyyətə dəyişikliklər edilib. Mənbələrimiz bildirir ki, bu addımlar Rusiya sülhməramlılarının məsləhəti ilə atılıb”, - nəşr yazır.

Cari ilin hazırlıq planına əsasən, ümumqoşun poliqonunda Raket və Artilleriya Qoşunlarının bölmələrində keçirilən döyüş atışlı taktiki təlimlər davam edir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq, daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr atəş mövqelərini tutaraq qurğuların döyüş tətbiqinə hazırlanması və icrası üzrə nəzərdə tutulan tapşırıqları normativǝ uyğun yerinə yetiriblər.
Vətən müharibəsi və son əməliyyatlarda qazanılan təcrübə nəzərə alınmaqla real döyüş şəraitinə uyğun keçirilən təlimlərdə bölmələr reaktiv yaylım atəşi sistemi və özüyeriyən haubitsalardan nümunəvi döyüş atışları icra ediblər.

Döyüş atışlı taktiki təlimlərdə şərti düşmənin idarəetmə məntəqələrinin, canlı qüvvəsinin və digər hədəflərinin aşkar edilməsi, eləcə də müəyyən olunaraq məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar peşəkarlıqla icra olunub.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız Yeni Müsavar Media Qrupunun rəhbəri Rauf Arifoğludur. nMüzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR