İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidə ölən Vera Aqasyanın qızı anasının harada dəfn olunmasını istəyir?

Oktyabrın 20-də Xankəndidə ölən 70 yaşlı Vera Aqasyanın yaxınları Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət etməyə hazırlaşır.

Vera Aqasyanın 32 yaşlı qızı bu barədə Ermənistan mətbuatına bildirib.

Onun sözlərinə görə, yaşlı qadının 4 uşağı var, lakin heç kim onu ​​Ermənistana getməyə razı sala bilməyib.

“Anam kənddə yaşayırdı. Müharibə zamanı üç azyaşlı uşağımla Ermənistana köçdüm, anamın orada qaldığını bilmirdim. Sonra mən daim onu Ermənistana gəlməyə inandırmağa çalışdım, amma istəmədi. Anamın psixi problemləri var idi.

Dəfələrlə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə də əlaqə saxladım, amma dedilər ki, zorla gətirə bilməyəcəklər. Və son altı aydır ki, anamla danışmaq imkanı olmayıb. Onun xəstə olduğunu heç bilmirdim. Bir neçə gün əvvəl onun ölümündən xəbər tutdum. Mən BQXK ilə əlaqə saxlayacağam ki, anamın cəsədi Ermənistana gətirilsin və biz onu burada dəfn edək”, - deyə qadın bildirib.

BQXK-nın Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni “NEWS.am”ın müxbiri ilə söhbətində təşkilatın mərhumun ailəsi ilə əlaqə saxladığını və bundan sonra da hər cür köməklik göstərməyə hazır olduğunu bildirib. (Publika.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Noyabr 2024

14 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR