İnsanlara hürriyət, millətlərə istiqlal!

Xandanyan: “Rusiya rəsmiləri Ermənistanın dövlət adamlarına ağızlarına gələni deyə bilməzlər”  

“Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi erməni məmurları haqqında danışarkən kobud dildən istifadə edə bilməz. Bu, qəbuledilməzdir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri, hakim partiyanın deputatı Sərkis Xandanyan deyib.

“Ümid edirəm ki, Rusiyanın yüksək səviyyəli rəsmiləri aşağı səviyyələrdə səslənən ifadələrə düzəliş etmək üçün müvafiq addım atacaqlar”, - deyə Xandanyan bildirib.

Erməni deputat Alen Simonyanın Zaxarovaya “katibə” deməsinə münasibət bildirib: “Bilirsiniz, bu barədə müxtəlif formullardan danışmaq olar. Lakin bu münasibətlərin pisləşməsinin başlanğıcı deyil. Münasibətlərimizdə hələ çox suallar var və onlara cavab yoxdur. Cavabları gözləyirik”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR