İnsanlara hürriyət, millətlərə istiqlal!

Xandanyan: “Bu, Ermənistanın ehtiyaclarından irəli gəlir”

“Avropa İttifaqının mülki missiyasının Ermənistanda yerləşdirilməsi ölkənin ehtiyaclarından irəli gəlir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Sərkis Xandanyan bu gün keçirdiyi brifinqdə deyib.

“Missiyanın iki aylıq fəaliyyətini qiymətləndirərək hesab etdik ki, o, müəyyən sabitləşdirici rol oynayıb. Aİ missiyasının Ermənistan sərhədi boyunca uzunmüddətli yerləşdirilməsi müəyyən mənada sülh və əmin-amanlıq mühitinin formalaşmasına töhfə verə bilər. Eyni zamanda Ermənistanın təhlükəsizliyi üçün əlavə zəmanətə çevrilir”, - deyə Xandanyan qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR