Onlayn ictimai-siyasi qəzet
İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ABŞ prezidenti Donald Trampın ölkəyə qarşı səsləndirdiyi təhdidlərə münasibət bildirib.
Musavat.com xəbər verir ki, o, ABŞ və İsrailin İrana qarşı düşmən mövqedə olduğunu vurğulayaraq, əgər Vaşinqton hər hansı bir hərbi addım atarsa, bunun cavabsız qalmayacağını qeyd edib.
“Onlar bizi qorxutmağa çalışırlar. Əgər həqiqətən də belə bir addım atsalar, cavabımız sərt və sarsıdıcı olacaq,” – deyə, Xamenei bəyan edib.
Xatırladaq ki, Donald Tramp İranın nüvə proqramı ilə bağlı istənilən razılaşmadan boyun qaçıracağı təqdirdə, ölkənin misli görünməmiş hava hücumlarına məruz qalacağını bildirmişdi.
Musavat.com
02 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ