Onlayn ictimai-siyasi qəzet
İranın ali lideri Əli Xamenei briqada generalı Məhəmməd Kərimini İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları Komandanı vəzifəsinə təyin edib.
Musavat.com xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Xameneinin sərəncamında deyilir:
"Briqada generalı Məhəmməd Kərimini SEPAH-ın Quru Qoşunları Komandanı təyin edirəm. SEPAH-ın Quru Qoşunlarına komandanlıq etdiyi dövrdə göstərdiyi dəyərli və təsirli xidmətlərə görə general Pakpurun fəaliyyətini yüksək qiymətləndirir və təşəkkür edirəm".
İqbal RZAYEV,
Musavat.com
19 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ