İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq artisti xəstəxanaya yerləşdirildi

"Ötən həftənin cümə günündən atamın vəziyyəti ağırlaşdı, Mərkəzi Neftçilər Xəstəxanasına apardıq".

Bunu Xalq artisti Sərdar Fərəcovun qızı Selcan Heydərova deyib.

O bildirib ki, bəstəkar ürək çatışmazlığı ilə yanaşı, böyrək çatışmazlığından da əziyyət çəkir:

"Sentyabrın 5-i səhər işə gedəndə ürəyində narahatlıq yaranıb. Artıq evə gələndə vəziyyətinin kritik olduğunu gördük. Hazırda Mərkəzi Neftçilər Xəxstəxanasının Reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti ağır-stabildir"./APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR