İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq artisti bibisi Zeynəb Xanlarova ilə münasibətlərindən DANIŞDI

Xalq artisti Mehriban Xanlarova verilişlərin birində bibisi, Xalq artisti Zeynəb Xanlarova ilə münasibətləri barədə danışıb.

Lent.az-ın məlumatına görə, o böyük bacısı ilə birlikdə Zeynəb Xanlarovanın evində yaşadığını deyib.

“Üçüncü sinifdə oxuyanda böyük bacımla birlikdə Zeynəb Xanlarovanın yanında qalırdıq. Atam-anam lal-kar olduğuna görə evimizdə lal dilində danışılırdı. Mən heç nə başa düşmürdüm. Kimsə nəsə deyəndə gərək, işarə ilə göstərərdi. Bir müddət bizə onun evində baxdılar.

Bəlkə bununla atama kömək edirdi. Bütün xərclərimizi ödəyirdi. Evdə çalışanlar olsa da, bacımla mən də iş görürdük. Evi sadə idi. Səkkizinci sinifdə oxuyanda onun yanından getdim”, - deyə o bildirib.

Aktrisa daha Zeynəb Xanlarova ilə görüşə bilmədiyini söyləyib:

“Əlçatmaz ulduzdur. Gedir xaricə, gəlir. Hamı onu necə görürsə, mən də elə. Çox az görürəm”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR