İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaçatryan AÇIQLADI: Araik çox sirri bilir, Bakıda hər şey üzə çıxacaq – Kamran Həsənli ilə CANLI

“Nikol Paşinyanın siyasi opponentləri bu gün Bakıda həbsdədirlər”. Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan deyib.

“Araik Arutyunyanı “artsax”da heç kim istefaya məcbur etməmişdi. Daha sonra gələn Samvel Şahramanyan da onun partiyasının üzvü idi, böyük fraksiyaları vardı. Araikin necə getdiyi ilə bağlı detallar bir gün üzə çıxacaq. O bu gün Bakıda həbsdədir və indiki Ermənistan hakimiyyəti ilə bağlı çox şeyi bilir. Hakimiyyətdəkilərin eşitmək istədiyindən də çox məlumata sahibdir. Bu, həmçinin Azərbaycanda olan digər keçmiş “prezidenlər”ə də aiddir”, – A.Xaçatryan bildirib.

“Qarabağın getməsində Köçəryan və Sərkisyanın imzası var”. Bu barədə Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının deputatı Gevorq Papoyan danışıb. Papoyan qondarma “DQR”in oyuncaq “parlamentinin” İrəvanda iclas keçirməsini qəbuledilməz hesab etdiyini söyləyib.

“Bu adamlar “Dağlıq Qarabağ”ın “ordusu”nu dağıtdılar, silahlarını Azərbaycana verdilər, “Dağlıq Qarabağ parlamenti”ni (qondarma-red) buraxıblar. İndi “parlamentin” sessiyasını keçirmək üçün Ermənistana gəliblər? Bu, Ermənistana qarşı bombadır, qəbuledilməzdir”,-deyə o bildirib. Papoyan Qarabağ ermənilərinə ağıllarını başlarına toplamağı tövsiyə edib. “Qarabağı bitirdilər, indi gəlib Ermənistanı da bitirmək istəyirlər? Artıq bəsdir!”,-deyə Papoyan vurğulayıb.

TVMusavat-ın canlı yayımlanan “Kamranla 1” verilişində aparıcılar - Kamran Həsənli və Emil Salamoğlu gündəmi dəyərləndirirlər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR