İnsanlara hürriyət, millətlərə istiqlal!

“WSJ”: Amerikalılar demokratlardan daha çox respublikaçılara üstünlük verirlər

Amerikalı seçicilər gələcək seçkidə respublikaçılara səs verəcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “The Wall Street Journal” qəzetinin “Impact Research” şirkəti və tanınmış sosioloq Fabritsio Li ilə birgə keçirdiyi sorğu bunu göstərir.

Qəzetin yazdığına görə, ABŞ Konqresinə seçkilər sorğu günü keçirilsəydi, o zaman amerikalıların 46%-i respublikaçılara, 44%-i isə demokratlara səs verəcəkdi. Respondentlərin 9%-i hələ seçim etmədiklərini söyləyiblər.

ABŞ sakinlərinin 71%-i ölkələrinin yanlış istiqamətdə getdiyini ifadə ediblər. Vətəndaşların yalnız 20%-i hazırkı hökuməti dəstəklədiyini deyib.

Sorğuda iştirak edənlərin 64%-i qarşıdan gələn seçkiləri əvvəlkilərdən daha vacib siyasi hadisə adlandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR