İnsanlara hürriyət, millətlərə istiqlal!

Vyanada Avstriya və Azərbaycan biznes dairələrinin iştirakı ilə “dəyirmi masa” keçirildi

Vyanada Azərbaycan və Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 11-ci iclası çərçivəsində hər iki ölkənin biznes dairələrinin iştirakı ilə “dəyirmi masa” təşkil olunub.

Musavat.com xəbnər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycanın Avstriyadakı Səfirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun və Avstriya İqtisadiyyat Palatasının (WKO) birgə təşkilatçılığı ilə keçirilən “dəyirmi masa”da ümumilikdə 20-dən çox şirkətin nümayəndələri iştirak edib.

Komissiyanın Azərbaycan tərəfindən həmsədri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov forumda çıxış edərək bu kimi tədbirlərin iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi və qarşılıqlı investisiyalar üçün yeni imkanlar yaradacağına əminliyini vurğulayıb.

“Dəyirmi masa” çərçivəsində “Azərbaycanda investisiya imkanları”, “Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı” və “Mədənçilik” mövzularında sessiyalar təşkil edilib.

Tədbirdə Ələt Azad İqtisadi Zonasında, eləcə də Azərbaycanın digər sənaye və texnologiya parklarında tətbiq olunan güzəştlər barədə məlumat verilib, Avstriya şirkətlərinə ölkəmizə investisiya qoyuluşu imkanlarını nəzərdən keçirmək təklif olunub.

“Dəyirmi masa”da iştirak edən Avstriya şirkətləri cari ilin 27-28 iyun tarixlərində Bakıda keçiriləcək birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət edilib.

Tədbir B2B və B2G formatında görüşlərlə davam edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR