İnsanlara hürriyət, millətlərə istiqlal!

Vüqar Bayramov Füzulidə seçicilərlə görüşdü -Elmimlə daim elimin yanındayam!

Məhsuldar seçkiqabağı təbliğat-təşviqat kampaniyamız davam edir. Növbəti görüşümüz Füzuli rayonu Əhmədalılar kənd sakinləri ilə oldu. Öncə Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin əziz ruhları bir dəqiqəlik sükutla yad edildi. Daha sonra kənd ziyallıları Ədalət Sərkərov və Bəxtiyar Gözəlov çıxış edərək namizəd barədə öz fikirlərini bölüşərək hamılıqla seçkilərdə fəal iştirakın vacibliyini bildirdilər.

Çıxışım zamanı Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən islahatlar və eləcə də Qarabağ və Şərqi Zəngəzurda rellaşan intensiv bərpa və quruculuq işləri barədə məlumat verdim. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuz Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Artıq Füzuli şəhərində 3 mindən çox sakin məskunlaşıb və proses daha da intensivləşəcək.

Qeyd etdim ki, Milli Məclis VI Çağrış müddətində seçicilərim ilə sıx ünsiyyət qurmağa çalışdım. Ötən müddətdə Füzuli rayonunda və ərazidən kənarda 131 görüş keçirdik. Bu müddət ərzində ünvanıma 4898 müraciət daxil olmuşdur. Bunlardan 2171 müraciət Milli Məclis aparatına, 2727 müraciət isə telefon və sosial şəbəkələr də daxil olmaqla yazılı və şifahi şəkildə ünvanlanmışdır. Müraciətlər əsasında seçicilərin qayğılarının həll olunması üçün müxtəlif dövlət qurumlarına 2034 deputat sorğusu göndərilib. Platformamda qeyd olunanlara uyğun olaraq seçicilərimiz ilə birbaşa ünsiyyətimiz qorunub saxlanıldı.

Bu müddətdə qanunvericiliyin təkmilləşdirilməsinə də töhvə verməyə çalışdım. İqtisadi və sosial qanunvericiliyə təklif etdiyim bir sıra dəyişikliklər müvafiq qanunlarda öz əksini tapdı. Beynəlxalq təşkilatlar və platformalarda da Azərbaycanın milli maraqlarını öz səlahiyyətlərim çərçivəsində müdafiə etməyə çalışdım.
Çıxışımda bildirdim ki, mənə yenidən etimad göstərildiyi halda seçicilərim ilə intensiv görüşlərim davam etdiriləcək. Deputat səlahiyyətlərim çərçivəsində sakinlərimiz müraciətlərində qeyd olunan qayğılarının həllinə dəstək olmağa çalışacam. Milli Məclisin qanunverici fəaliyyətində də aktiv iştirak etməyə çalışacam.
Daha sonra seçicilərin sualları cavablandırlıdı və fikirləri dinlənildi.

Elmimlə Daim Elimin Yanındayam!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR