Onlayn ictimai-siyasi qəzet
Deputatlığa namizəd Vüqar Bayramov seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində Füzuli rayonu Fin qəsəbəsinin sakinləri ilə növbəti görüşünü keçirib. Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovun atası Amil Zalov çıxış edərək bildirib ki, namizəd daimi olaraq şəhid ailələrinin və qazilərinin yanında olmuşdur. A. Zalov sakinləri 1 sentyabr 2024-cü ildə keçiriləcək növbədənkənar parlament seçkilərində fəal iştiraka dəvət etdi.
Vüqar Bayramov çıxış edərək seçicilər ilə müntəzəm ünsiyyətin qurulmasına çalışdığını bildirərək yeni dövrünü yeni hədəflərinə uyğun olaraq paltormasında fəaliyyətlərin müəyyənləşdirildiyini bildirib. Platformada qeyd olunanlara uyğun olaraq seçicilər ilə birbaşa ünsiyyət qorunub saxlanılacaq. Yeni hədəflərə uyğun olaraq Azərbaycanda həyata keçirilən islahatlara öz səlahiyyətlərimiz çərçivəsində dəstək davam etdiriləcək.
Daha sonra çıxış edən qəsəbə sakinləri onları maraqlandıran məsələlər ilə bağlı öz fikirlərini bölüşüblər.
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ