İnsanlara hürriyət, millətlərə istiqlal!

Volqa-Xəzər kanalında iki gəmi saya oturub

Volqa-Xəzər kanalının dəniz hissəsində iki gəmi saya oturub.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Həştərxan vilayəti üzrə Baş İdarəsindən məlumat verilib.

İlkin məlumatlara görə, bir gəminin gövdəsi zədələnib. Hadisə ötən gün kanalın 170-ci km-də baş verib.

“1500 ton duz və 6 yük maşını daşıyan “Nazmehr” və yüksüz olan “Tiam” gəmisi saya oturub. Birinci gəminin gövdəsi zədələnib. Onun aşması təhlükəsi, eləcə də kanalda naviqasiya üçün təhlükə yoxdur”, - məlumatda bildirilib.

Fövqəladə Hallar Nazirliyi xəsarət alanların olmadığını vurğulayıb. (Oxu.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR