İnsanlara hürriyət, millətlərə istiqlal!

Vladimir Zelenski: "Ukraynanın əlində hələ 10 milyard dollar dəyərində taxılı var"

Saziş (taxıl dəhlizinin yaradılması haqqında - red.) sayəsində ötənilki taxıl məhsulunun təxminən 20 milyon tonu ixrac olunacaq

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski xalqa ənənəvi müraciəti zamanı deyib.

“Bu ilin məhsulu artıq yığılır və artıq satıla bilər. Bunlar fermerlərin, bütün kənd təsərrüfatı sektorunun və dövlət büdcəsinin gəlirləridir. Artıq 10 milyard dollar dəyərində taxılımız var”, - deyə V.Zelenski bildirib.

Ukrayna prezidentini sözlərinə görə, dünyada ərzaq böhranının şiddətini azaltmaq şansı var.

“Qlobal fəlakətin, habelə dünyanın bir çox ölkələrində, xüsusən də bizə yardım edən ölkələrdə siyasi xaosa səbəb ola biləcək aclığın qarşısını almaq şansımız var. Bu, Ukraynanın müharibədə hələ ayaqda dura bildiyinin bildiyinin növbəti nümayişidir”, - deyə Zelenski əlavə edib.

Xatırladaq ki, dünən İstanbulda Türkiyə, Ukrayna, Rusiya Federasiyası və BMT nümayəndələri tərəfindən Qara dəniz vasitəsilə Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracı üçün taxıl dəhlizinin yaradılması haqqında saziş imzalanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR