İnsanlara hürriyət, millətlərə istiqlal!

Vilayət Eyvazov İsmayıllıda vətəndaşları qəbul edəcək

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov İsmayıllıda vətəndaşları qəbul edəcək.

Bu barədə Musavat.com-a nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Vilayət Eyvazov 2025-ci il yanvar ayının 8-də İsmayıllı Rayon Polis Şöbəsinin inzibati binasında İsmayıllı, Göyçay, Ağsu, Şamaxı, Qobustan şəhər və rayonlarının sakinlərini qəbul edəcək:

"Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 07.01.2025-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR