Onlayn ictimai-siyasi qəzet
Keçmiş futbolçu Devid Bekhemin həyat yoldaşı Viktoria Beckhem yeni açıqlaması ilə gündəmə gəlib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, o dünya ölkələrində uşaqlar və gənclərə edilən şiddətin qarşısının alınması üçün görülən işləri əsas gətirərək şəxsi həyatı ilə bağlı etiraf edib.
Viktoria bildirib ki, məktəbdə oxuduğu illərdə sinif yoldaşları tərəfindən psixoloji şiddətə məruz qaldıb. Onlarla heç vaxt dost ola bilmədiyini deyib.
Sosail şəbəkədə qızı Harper Sevenla birlikdə fotosunu paylaşan Viktoria uşaqlara və gənclərə "Sinifdəki ən zərif və mədəni insan siz olsun" deyə səslənib:
"Güclü və mərhəmətli bir övlad böyütdüyüm üçün özümlə qürur duyuram. Böydüyüm illərdə oxuduğum məktəbdə çox şiddətə məruz qaldım. Bu səbəbdən hər zaman qızıma zərif və mədəni olmağı öyrədirəm. Ona görə Harper çox asanlıqla dost ola bilir".
Qeyd edək ki, Devid Bekhemlə Viktoria 1999-cu ildə ailə qurub. Onların 4 övladı var.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ