Onlayn ictimai-siyasi qəzet
Vətən müharibəsi iştirakçısı Ağalarov Mirvalehin oğlunun yardıma ehtiyacı var.
Mirismayıl 2 yaşından göz sarkoması (göz xərçəngi) xəstəliyindən əziyyət çəkir. 6 ildən çoxdur Türkiyənin Ankara şəhərində “Hacettepe” xəstəxanasında müalicə alıb. Aldığı saysız kimyaterapiyalar və əməliyyatlar uğursuz olub. Mirismayılın sol gözü amputasiya edilib.
Atasının Musavat.com-a bildirdiyinə görə, indi də amputasiya edilmiş göz boşluğunda göbələklər aşkarlanıb. Bu səbəbdən növbəti müalicəyə başlanılıb. Valideyn deyir ki, övladının müalicəsi üçün həftəlik 300 manata ehtiyacları olur: “İnanın vəziyyətimiz çox ağırdır. Hazırda müalicəsi Ankara Yeni Şəhər Xəstəxanasında aparılır. Yoldaşım Mirismayılla xəstəxananın dəhlizində oturacaqların üzərində gecələyir. İmkanı olan, yardımsevər şəxslərdən övladıma dəstək olmalarını xahiş edirəm”.
Ağalarov ailəsinin probleminə biganə qalmamağa və Mirismayıl balaya imkan daxilində kömək etməyə çağırırıq. Arzu edənlər aşağıdakı bank kartlarına pul köçürməklə ailəyə köməklik göstərə bilərlər:
Kart nömrəsi: 4127 - 2093 - 0005 - 5875
Atası Mirvalehin əlaqə nömrəsi: +994 55 757 52 42
09 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ