İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vəhşi" Armanın məhkəməsi qapalı keçiriləcək

“Vəhşi” ləqəbli kriminal avtoritet Arman Cumageldiyevin işi üzrə məhkəmə təhlükəsizlik məqsədilə Almatıda qapalı keçiriləcək.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Almatı şəhər məhkəməsinin mətbuat xidmətindən bildirilib.

“Sentyabrın 21-də Cumageldiyev, Kudaybergen və digər şəxslərə qarşı cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başa çatıb. Ümumilikdə müttəhimlər kürsüsündə 45 nəfər var. Proses iştirakçılarının təhlükəsizliyi üçün cinayət işinə baxılması qapalı iş rejiminə keçirilib. İş üzrə 10 zərərçəkmiş, şahid və təqsirləndirilən şəxs məhkəmə prosesinin qapalı keçirilməsi barədə vəsatət qaldırıb. Onlar öz həyatları, ailələrinin və yaxınlarının təhlükəsizliyindən qorxduqlarını bildiriblər”, - məlumatda deyilir.

Onlara qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, mütəşəkkil cinayətkar qrup yaratmaq, soyğunçuluq, qanunsuz olaraq azadlıqdan məhrum etmə, 2022-ci ilin yanvarında kütləvi iğtişaşların təşkili, banditizm və digər maddələrlə ittiham irəli sürülüb.

Proses iştirakçılarından təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi və ləğvi, cinayət işinə xitam verilməsi, yaxın qohumların müdafiəçi kimi tanınması ilə bağlı 100-dən çox vəsatət daxil olub.

Əsas məhkəmə prosesi oktyabrın 6-na təyin edilib.

“Vəhşi” Arman azərbaycanlı kriminal avtoritetlərlə yaxınlığı ilə tanınır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR