Onlayn ictimai-siyasi qəzet
Türkiyəli keçmiş model Dəniz Akkayaya ağır itki üz verib.
Musavat.com axşam.az-a istinadən xəbər verir ki, modelin atası Muzaffer Akkaya dünyasını dəyişib. Dəniz bununla bağlı paylaşım edib:
"Yaraşıqlı atam. Ailəsində oxumağı bacaran, yüksək rütbəli məmur olmuş, işini hamımızdan çox sevən, atam. Sonra təqaüdə çıxdın və daha çox özünə qapandıqca qızın Türkiyədə kütlələrə təsir edən uğurlu bir gənc qadına çevrildi. Təəssüf ki, o gündən sonra ulduzumuz səninlə heç vaxt barışmadı. Məni özünə rəqib kimi gördün. Rəqabətə girdin. Son illər məni çox kədərləndirdin. Mənə qızın yox, rəqibin kimi baxmağa başladın. Rahat yat. İnşallah, anamın yanında rahatlıq taparsan".
Son günlər adı qalmaqallarda hallanan Dənizin paylaşımı izləyicilər tərəfindən tənqid olunub, onun psixolji yardım almalı olduğu bildirilib.
Qeyd edək ki, atası ilə münasibətləri yaxşı olamayan Dəniz bir müddət əvvəl 16 yaşlı qızı Ayşəyə qarşı zorakılıqda ittiham olunub. Onun barəsində 4 ay 27 gün həbs cəzası çıxarılıb. Ali Məhkəmə hökmü qüvvədə saxlasa, Akkaya həbs ediləcək.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ