İnsanlara hürriyət, millətlərə istiqlal!

Vəfasız Google: İmamoğlunu dərhal sildi – FOTO

İstanbul Böyükşəhər Bələdiyyə Başqanı Əkrəm İmamoğluna dair Google-un atdığı ani addım böyük diqqət çəkib. Belə ki, texnologiya nəhəngi Google axtarış sistemində İmamoğlunun “İstanbul Böyükşəhər Bələdiyyə Başqanı” titulunu rəsmi olaraq qaldırıb.

Musavat.com xəbər verir ki, İnternet istifadəçiləri İmamoğlunun adını axtarışa verdikdə, daha öncə adının altında yer alan “İstanbul Büyükşehir Belediye Başkanı” ifadəsinin artıq görünmədiyini müşahidə ediblər. Onun adı sadəcə “Türkiyəli siyasətçi” kimi qeyd olunub.

Bu dəyişiklik, İmamoğlunun korrupsiya istintaqı çərçivəsində həbs edilməsi və barəsində çıxarılan məhkəmə qərarından dərhal sonra həyata keçirilib.

İstifadəçilər bu dəyişikliklə bağlı sosial şəbəkələrdə sərt reaksiyalar verib, “Google bu qədər tez qərar verməməliydi”, “hələ apellyasiya prosesi var” kimi rəylər yazıblar.

Qeyd edək ki, İmamoğlu hazırda Silivri Cəzaevinə göndərilib və onunla bağlı hüquqi proses davam edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Mart 2025

BÜTÜN XƏBƏRLƏR