Onlayn ictimai-siyasi qəzet
Trampın komandası Rusiyaya qarşı rüsumların tətbiq edilməməsini izah edib.
Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyaya qarşı ticarət rüsumlarının tətbiq olunmamasını danışıqlarla əlaqələndirib. Ağ Evin Milli İqtisadi Şurasının direktoru Kevin Hassett ABC News kanalına açıqlamasında bildirib ki, hazırda Rusiya və Ukrayna ilə danışıqlar aparılır və bu səbəbdən Prezident bu məsələləri qarışdırmamağı qərara alıb.
Jurnalistin “Niyə rüsumlar tətbiq olunmur?” sualına cavab verən Hassett belə deyib: “Sizcə, bu qədər amerikalının, ukraynalının və rusun taleyinə təsir edən danışıqların ortasında yeni məsələləri masaya qoymaq düzgün olarmı?”
Jurnalistin “danışıqlarda belə hallar tez-tez olur” replikasına cavab olaraq Hassett bildirib: “Danışıqların ən həssas məqamında yeni məsələlər irəli sürmək uyğun deyil. Bu, sadəcə olaraq, yerinə düşməzdi” .
Musavat.com
08 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ