Onlayn ictimai-siyasi qəzet
Varşavada əcnəbi iki yeniyetməni bıçaqlayıb.
“Report” xəbər verir ki, bu barədə “Gazeta Wyborcza” qəzetinə Polşa paytaxtı polisinin sözçüsü Kamil Sobotka məlumat verib.
“26 yaşlı əcnəbi 15 yaşlı iki yeniyetməni yaralayıb. Yaralılar artıq xəstəxanaya aparılıblar, onların hansı vəziyyətdə olduğunu deyə bilmərəm”, - deyə polis bildirib.
Hadisə Varşavanın şimal-şərqindəki meşəlik ərazidə baş verib, polisə bu barədə yerli vaxtla saat 15:00-dan sonra (Bakı vaxtı ilə 17:00) məlumat daxil olub.
Hücum edənin Özbəkistan vətəndaşı, xəsarət alanların isə Ukrayna vətəndaşları olduğu deyilir.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ