İnsanlara hürriyət, millətlərə istiqlal!

Valideynlərə müjdə: Bakıda ucuz məktəbli yarmarkaları açıldı - QİYMƏTLƏR, VİDEOREPORTAJ

Yeni tədris ilinin başlamasına bir aydan da az vaxt qalıb.

Artıq övladlarını məktəbə yola salmağa hazırlaşan valideynlər məktəbli ləvazimatlarını almağa başlayıblar. Bakı Şəhər İcra Hakimiyyətinin göstərişinə uyğun olaraq paytaxtda əhalinin sıx olduğu yerlərdə məktəbli yarmarkaları qurulub.

Məqsəd yeni tədris ili ərəfəsində şagirdlərin məktəbli ləvazimatlarına olan ehtiyaclarını daha asan, rahat, çevik şəkildə təmin etməkdir.
Çadır tipli yarmarkaların sentyabrın 25-ə qədər fəaliyyət göstərəcəyi bildirilir.

Yarmarkada qiymətlər belə dəyişir:

Qələm: 10 qəpikdən - 60 qəpiyə qədər.

Dəftər: 20 qəpikdən - 90 qəpiyə qədər.

Pozan: 20 qəpikdən - 70 qəpiyə qədər.

Su qabı: 7 manatdan - 15 manatadək.

Çanta: 10 manatdan - 40 manatadək.

Bakı şəhər İcra Hakimiyyətindən bildirilib ki, qiymətlərə və xidmətə nəzarət ediləcək.

 

Alim Liftiyev
Rafət Şahbazov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR