İnsanlara hürriyət, millətlərə istiqlal!

Üzərində yazı olan bir manatlığın sahibi axtarılır: “Bəlkə, şəhid olmayıb…” - FOTO

Vətəndaşlarımızdan birində üzərində “Salam, ana. Mən şəhid olsam, pulu tap” yazısı qeyd olunan bir manat var.

Musavat.com xəbər verir ki, bu barədə təhsil eksperti Elçin Efəndi öz sosial şəbəkəsində paylaşım edib.

“Vətəndaşlarımızdan birinin əlində belə bir pul var. Pulun üzərində “Salam, ana. Mən şəhid olsam, pulu tap” yazısı qeyd olunub. Yuxarı hissədə altından qırmızı xətt çəkdiyim söz yazılıb. Ehtimal edirəm ki, bu şəxsin adıdır. Yazını oxumaq çətindir. Mən Niyam adını oxudum. Ehtimal olunan adlar isə mənə görə bunlardır: Niyam, Niyaməddin, Niyami, Niyamin. Vətəndaş şəhid olubsa, bu adlardan biri üzərindən tapmaq olar. Xətti valideynlər tanıyarsa, şəhidin istəyi yerinə yetmiş olar. Düşünəndə ki, o həmin an hansı hisləri keçirirmiş, adam birtəhər olur. Bəlkə də, şəhid olmayıb, sağdır, yaşayır. Amma yenə də bu məlumatı paylaşmağı özümə borc bildim” – Elçin Efəndi paylaşımda qeyd edib.

WhatsApp Image 2023-11-21 at 16.53.23.jpeg (49 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR