Onlayn ictimai-siyasi qəzet
"Uşaqları oruc tutmaqdan çəkindirin"
Musavat.com bildirir ki, bu barədə tanınmış həkim-radioloq Aydın Əliyev deyib.
Həkim fikirlərini bu cür izah edib:
"Uşaq orqanizmi böyük orqanizmindən çox fərqlidir. Pediatriyada bir yaxşı söz var: “Uşaqlar kiçik ölçülü böyüklər deyil”.
Böyüklərin orqanizminin əsasən enerjiyə ehtiyacı olduğu halda, uşaq orqanizminin həm karbohidrat, həm zülal, həm də yağlara daha çox ehtiyacı var. Çünki uşaqlar həm inkişaf edir, həm də böyüyür. Ona görə də uşaq orqanizminin hər an suya, mineral maddələrə, vitaminlərə, karbohidrata, zülala və yağa ehtiyacı var. Bu günlərdə oruc tutduğuna görə faciəvi şəkildə həyatını itirən 13 yaşlı uşaq buna bariz misaldır. Təəssüflər olsun ki, biz həmişəki kimi, formaya məzmundan daha çox önəm veririk və təəssüflər olsun ki, son vaxtlar 9-15 yaşlı uşaqlar arasında sanki oruc tutmaq və digər xurafat təbliğ edilir, bu yolverilməzdir. 18 yaşdan aşağı uşaqların oruc tutması tibbi baxımdan doğru deyil. Əqli cəhətdən tam inkişaf edəndən sonra, gənclik mərhələsinə qədəm qoyan şəxs buna müstəqil qərar verə bilər. Lakin son vaxtlar təəssüflər olsun ki, uşaqlar arasında oruc tutmaq hətta məktəblərdə belə təbliğ edilir və tutmayanlara qarşı sanki bir təpki göstərilir, əksər uşaqlar basqı altında oruc tutur".
Xalidə Gəray
Musavat.com
15 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ