İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşaqları 5-ci sinifdən müharibəyə HAZIRLAYACAQLAR - Yeni tədris PLANI

Rusiya Dövlət Dumasının sədr müavini Viktor Vodolatski bildirib ki, ilkin hərbi hazırlıq dərsləri hazırkı 10-cu sinifdən deyil, 5-ci sinifdən başlanmalıdır.

Musavat.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Onun sözlərinə görə, uşaqlar özlərini və ailələrini necə qoruyacaqlarını bilməlidirlər.

Rusiyada ilkin hərbi hazırlıq dərsləri Ukrayna müharibəsi başlayandan sonra bərpa edilib. 2023-cü ildə bu dərslər məktəblərdə “Ətraf mühitin təhlükəsizliyi” kursuna daxil edilib və 2024-cü ildən “Vətən müdafiəsinin əsasları” adı ilə tədris olunur.

Proqrama sıra hazırlığı, hava hücumlarından gizlənmə taktikası, əl qumbaralarından istifadə və ilkin tibbi yardımın əsasları daxildir. Məktəblərdə atıcılıq tirləri və radiasiya-kimyəvi kəşfiyyat laboratoriyaları yaradılır.

Şagirdlərin hərbi hazırlığı “Zarnitsa 2.0” proqramı çərçivəsində həyata keçirilir. Hətta Ukraynanın işğal olunmuş ərazilərindən olan uşaqlar da bu təlimlərə cəlb edilir. Onlara döyüş dronlarını idarə etmək, ərazidə istiqamət götürmək, “düşmən hakerləri” ilə mübarizə aparmaq və təbliğat aparmaq öyrədilir.

2025-ci ildən etibarən “Zarnitsa” layihəsi hətta uşaq bağçalarında da tətbiq olunacaq. Məktəbəqədər yaşlı uşaqlara qumbara atmaq, sürünərək hərəkət etmək və yürüş şəraitinə alışmaq öyrədiləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Mart 2025

BÜTÜN XƏBƏRLƏR