İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşaq bağçasının tərbiyəçisi kiçik avtomobilldə 25 uşağı daşıyıb - QALMAQAL (VİDEO)

Özbəkistanın Buxara vilayətində özəl uşaq bağçasının müəllimi “Spark” markalı avtomobildə 25 uşağı aparıb.

Musavat.com gazeta.uz-a istinadən xəbər verir ki, regional yol polisinin mətbuat xidmətindən verilən məlumata görə, tərbiçəçi uşaqları təkcə salona deyil, baqaja da yerləşdirib. Qadın evlərinin çox yaxın olduğunu və bunu ilk dəfə etdiyini söyləyib.

Polis sürücünün hansı cəza ilə üzləşəcəyini açıqlamayıb.

Lakin qadının yaşadığı məhəllədə yol polisi əməkdaşlarının və sakinlərin iştirakı ilə olay barədə müzakirə aparılıb.

Hadisə ilə bağlı məlumat verən idarənin mətbuat xidməti uşaqların valideynlərini qınayıb ki, övladlarını bağçaya və geriyə apara bilmirlər.

KİV xəbər verir ki, bu, ölkədə tərbiyəçilərin uşaqları evə aparması ilə bağlı ilk hadisə deyil, lakin bundan əvvəl onlar əsasən "Damas" mikrovanından istifadə ediblər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR