Onlayn ictimai-siyasi qəzet
Türkiyənin ürək və daxili xəstəliklər üzrə məşhur mütəxəssisi Canan Karatay tərkibində Omeqa-3 olan qidaların faydasından danışıb.
Musavat.com xəbər verir ki, həkimin sözlərinə görə, kətan toxumu, semizotu, balqabaq və günəbaxan tumu təbii Omeqa-3 ilə olduqca zəngindir.
Omeqa-3-ün nə qədər əhəmiyyətli olduğunu vurğulayan Karatay qeyd edib ki, bu qidalar yaşlanmağı gecikdirir, xroniki xəstəliklərdən qoruyur, diabetin qarşısını alır və müalicəsini asanlaşdırır.
Həmçinin ateroskleroz, hipertoniya, ürək-damar tıxanıqlığı, infarkt və insult xəstəliklərinin, çəki artımının və piylənmənin qarşısını alır. Yaşlı insanlarda bədən ağrılarını azaldır.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ