Onlayn ictimai-siyasi qəzet
Noyabrda Bakıda təşkil olunacaq COP29-un uğurla keçirilməsi üçün Azərbaycan çox böyük hazırlıq işləri görür.
“Report” xəbər verir ki, bunu BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Anderson ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayevlə birgə mətbuat konfransı zamanı deyib.
“UNEP Bakıda COP29-un uğurla keçirilməsini təmin etmək üçün bütün imkanlarından istifadə edəcək”, - o vurğulayıb.
Qeyd edək ki, bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ