İnsanlara hürriyət, millətlərə istiqlal!

Ülviyyə Muradla boşanması xəbərlərinə SON qoydu

"Hər ailədə çətinliklər və problemlər olur. Bir dəfə əsəbimin pik nöqtəsində bir paylaşım etdim, bu da xəbər olundu. O paylaşımı 20 dəqiqə saxlamışdım".

Bu sözləri aktrisa Ülviyə Xəlilbəyova "Xəbərin var?" verilişində deyib.

Sənətçi aktyor həyat yoldaşı Murad İsmayılla boşanmaları xəbərlərinə münasibət bildirib:

"Səbri daşıran bir damla olur, bax o cür paylaşım etmişdim. Bu paylaşım aləmin bir-birinə dəyməsinə bəs etmişdi (gülür). Çoxları bu posta görə məni qınadı ki, yenidən bu söhbətləri açdı və sairə... Amma həmin vaxt bunu etməyim çox lazım idi. Sonrakı rahatlığımı və sakitliyimi təmin etməyim üçün. Yəni bu paylaşımımdan sonra insanlar geriyə çəkildilər ki, Ülviyyə o qədər də saf deyil və ona istədiyimizi edə bilmərik. Deməli, o da bizə cavab qaytara bilər.

Xeyr, biz boşanmamışıq. Sadəcə, instaqramda bir-birimizi izləmirik".

Qeyd edək ki, cütlüyün iki övladı var. (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR