İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın bərpasına bu qədər pul lazımdır - Əsas maliyyə mənbəyi AÇIQLANDI

Ukraynanın bərpası 500 milyard avroya başa gələ bilər.

Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal bildirib.

Onun sözlərinə görə, bu, qarşıdakı illərdə Avropa üçün əsas vəzifələrdən birinə çevrilə bilər.

Baş nazirin fikrincə, ölkənin bərpası üçün əsas maliyyə mənbəyi dondurulmuş Rusiya aktivləri olmalıdır:

“Biz əminik ki, bu vəsaitlər əsas maliyyə mənbəyi olacaq. Onları müsadirə etməyin vaxtı çatıb”, – deyə Şmıqal bildirib.

O həmçinin əlavə edib ki, Avropa şirkətləri Ukraynada genişmiqyaslı layihələrin həyata keçirilməsində həlledici rol oynaya bilərlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR