İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanı vuran “Kalibr” raketlərinin istehsalında ABŞ izi – şok hesabat

2022-ci ilin noyabrına qədər Rusiya Ukraynaya qarşı istifadə edilən silahların istehsalı üçün istifadə edə biləcəyi Qərb istehsalı komponentləri almağa davam edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq (IPHR) və Müstəqil Antikorrupsiya Komissiyasının (NACO) bununla bağlı müstəqil hesabat yayıb.

Sənədə əsasən, ABŞ-ın “Harting”, “Trimble” və “TE Connectivity” kimi yüksək texnologiya avadabnlıqlarını istehsal edən şirkətlərin məhsulları qeyri-rəsmi distribyutorlar və ya Honq-Konq vasitəsilə Rusiyaya gətirilib.

“NACO ekspertlərinin aşkar etdiyi və təhlil etdiyi məlumatlar göstərir ki, Rusiyanın “Kalibr” qanadlı raketində 11 xarici şirkət, o cümlədən 9 Amerika şirkəti, həmçinin İsveçrə və Tayvan şirkəti tərəfindən istehsal olunan komponentlər yer alıb”, - deyə sənəddə bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR