İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynalılardan türk hakimlərə hörmətsizlik

Ukraynanın “Krivbass” klubunun futbolçuları Konfrans Liqasının seçmə mərhələsinin pley-off mərhələsinin İspaniyanın "Betis" klubu ilə oyunu öncəsi Türkiyədən hakimlərlə əllə salmamlaşmaqdan imtina ediblər.  

Musavat.com pravda.ru-ya istinadən xəbər verir ki, sözügedən qarşılaşmanı türkiyəli hakim Arda Kardeşlərin başçılıq etdiyi hakimlər briqadası idarə edib.

Qarşılaşma başlayanda adətən, komandalar hakimlə də salamlaşırlar. Amma ukrayna klubu bundan nümayişkarənə imtina ediblər. 

Снимок2-5.JPG (81 KB)  

Bəs, Ukrayna klubunun türkiyəli hakimlər briqadasına sayğısızlığına səbəb nədir?  Bəlli olub ki, Arda Kardeşlərin hakim briqdası bu ilin martında Moskvada Rusiya və Serbiya yığmaları arasında yoldaşlıq görüşündə çalışıblar. (Martın 21-də baş tutan görüş Valeri Karpinin yetirmələrinin 4:0 hesablı qələbəsi ilə başa çatıb). Ukraynalıların hakimlərlə əl sıxmaqdan imtina etməsinin səbəbi də bu olub. Oyundan əvvəl hətta UEFA-dan hakimlərin dəyişdirilməsini də istəyiblər. Ukraynalılar iddia ediblər ki, Türkiyə təmsilçisinin onların oyununa təyinatını qəbuledilməzdir, “bütün “Krivbass” azarkeşləri qarşısında klubu nüfuzdan salınmasıdır”.

"Krivbass" sözügedən qarşılaşmada ispanlara 0:2 hesabı ilə uduzub. Cavab oyunu avqustun 29-da İspaniyada keçiriləcək.

Məlumat üçün deyək ki, klub 2013-cü ilin iyununda  müflis olub və Ukrayna Premyer Liqasından qovulub. 2014-cü ildə klubu dirçəltmək üçün uğursuz cəhd edilib, nəhayət, klub 2015-ci ildə yenidən bərpa olunub. 2020-ci ildə klub “Krivbass”   Krivoy Roqun başqa bir klubu ilə birləşib, bu il Konfrans Liqasının qrupuna düşmək üçün mübarizə aparır. 

Снимок1-6.JPG (38 KB)

Arda Kardeşler 3 yanvar 1988-ci ildə Bursada anadan olub. Uludağ Universitetinin Maşınqayırma fakültəsini bitirib. “Bursaspor” millisinin sabiq qapıçısı Eser Kardeşlerin oğlu Arda Kardeşler həm də qapıçı Erce Kardeşlərin qardaşıdır.

O, hakimlik karyerasına 2009-cu ildə başlayıb. O, ilk peşəkar oyununu 1 sentyabr 2013-cü ildə keçirib. 2015-2016 mövsümündən Superliqada çalışır. UEFA-nın hakimlər briqadasına daxildir. 

Ukraynalı futbolçuların bu etirazı bu ölkənin sosial şəbəkələrində Azərbaycanın Rusiya ilə əməkdaşlığına görə SOCAR yanacaqdoldurma məntəqələrini boykot etmək çağırışları ilə eyni vaxta təsadüf etməsi diqqət çəkir. Yada salaq ki, Azərbaycana hücumlara səbəb Rusiya Prezidenti Vladimir Putinin Bakıya rəsmi səfəri və SOCAR ilə “Qazprom” arasında çoxşaxəli strateji tərəfdaşlığın genişləndirilməsi barədə razılıq əldə edilməsidir. Həmin çağırışlarda Azərbaycanın transmilli şirkətini “terrorun sponsoru” kimi təqdim edirlər.  

Musavat.com   

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR